English version ↓

İstifadə şərtləri (açıq oferta)

Son yenilənmə: 15 noyabr 2026

1. Ümumi

Bu sənəd FindIn Academy (bundan sonra — “biz”) ilə imtahanai.az saytından (“İmtahan AI”, “xidmət”) istifadə edən şəxs (“siz”) arasında bağlanan razılaşmadır. Saytdan istifadə etməklə, qeydiyyatdan keçməklə və ya ödənişli plan almaqla bu şərtləri qəbul etmiş olursunuz (açıq ofertanın aksepti).

18 yaşdan kiçik istifadəçilər xidmətdən valideynin və ya qanuni nümayəndənin razılığı ilə istifadə edir; ödənişi valideyn edir.

2. Xidmətin təsviri

İmtahan AI Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına hazırlıq üçün onlayn platformadır: sınaq imtahanları, mövzu üzrə məşq, sualların həlli, bal hesablaması, zəif mövzuların təhlili və yazılı cavabların süni intellektlə qiymətləndirilməsi.

Xidmət müstəqildir və DİM-in rəsmi xidməti deyil. Süni intellektin verdiyi qiymət və izahlar təxminidir və səhv ola bilər; hesablanan bal real imtahan nəticəsinə zəmanət vermir.

3. Hesab

Qeydiyyat pulsuzdur. Hesab şəxsidir: onu başqasına vermək, satmaq və ya bir neçə nəfərin birgə istifadəsi qadağandır. Hesabınızın təhlükəsizliyinə (parol) siz cavabdehsiniz.

4. Planlar və ödəniş

Pulsuz planın limitləri və ödənişli (Premium) planların məzmunu, müddəti və qiyməti Qiymətlər səhifəsində göstərilir. Premium birdəfəlik ödənişdir: avtomatik yenilənmir, müddət bitdikdə hesab pulsuz plana qayıdır.

Sifariş prosesini onlayn satıcımız Paddle.com aparır. Paddle.com bütün sifarişlərimiz üzrə rəsmi satıcıdır (Merchant of Record): ödənişi o qəbul edir, çeki o göndərir, ödənişlə bağlı müraciətlərə və geri qaytarmalara o baxır. Ödəniş zamanı Paddle-ın alıcı şərtləri də tətbiq olunur. Qiymət saytda manatla göstərilir, kartdan isə ABŞ dolları ilə çıxılır; yekun məbləğ (vergilər daxil) ödəniş pəncərəsində göstərilir.

Premium ödəniş təsdiqləndikdən dərhal sonra hesabınızda aktivləşir.

5. Geri qaytarma

Alışdan sonra 14 gün ərzində ödənişin geri qaytarılmasını istəyə bilərsiniz. Ətraflı: Geri qaytarma qaydaları.

6. Ədalətli istifadə

Aşağıdakılar qadağandır:

  • sualları və həlləri avtomatik vasitələrlə kütləvi yükləmək, yenidən satmaq və ya başqa platformada yaymaq;
  • limitləri aşmaq üçün çoxlu hesab açmaq, xidmətin işinə müdaxilə etmək;
  • süni intellekt qiymətləndirməsindən aylıq ədalətli istifadə həddindən artıq istifadə etmək.

Bu qaydalar pozulduqda hesabı məhdudlaşdıra və ya bağlaya bilərik.

7. Məzmun və əqli mülkiyyət

Saytın proqram təminatı, dizaynı, izahları və süni intellektlə hazırlanmış sualları bizə məxsusdur. DİM-in açıq yayımlanmış imtahan sualları mənbəyi göstərilməklə tədris məqsədilə təqdim olunur. Məzmundan yalnız şəxsi hazırlıq üçün istifadə edə bilərsiniz.

8. Məsuliyyətin məhdudlaşdırılması

Xidmət “olduğu kimi” təqdim olunur. Fasiləsiz işləməsinə çalışırıq, lakin texniki fasilələr ola bilər. Qanunun icazə verdiyi həddə məsuliyyətimiz son 12 ayda xidmət üçün ödədiyiniz məbləğlə məhdudlaşır. İmtahan nəticəsinə görə məsuliyyət daşımırıq.

9. Dəyişikliklər və əlaqə

Şərtləri yeniləyə bilərik; mühüm dəyişikliklər barədə saytda bildiriş veririk. Artıq alınmış planın müddəti və məzmunu dəyişiklikdən sonra pisləşdirilmir. Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Suallar üçün: academy@findin.az.

Əlaqə


Terms of Service

Last updated: 15 November 2026

1. General

These terms are an agreement between FindIn Academy (“we”) and the person using imtahanai.az (“İmtahan AI”, the “service”) (“you”). By using the site, creating an account or buying a paid plan you accept these terms.

Users under 18 use the service with the consent of a parent or legal guardian, who makes any payment.

2. The service

İmtahan AI is an online platform for preparing for the exams of the State Examination Center of Azerbaijan (DİM): mock exams, practice by topic, worked solutions, score calculation, weak-topic analysis and AI grading of written answers.

The service is independent and is not an official DİM service. AI grades and explanations are approximate and may be wrong; a calculated score does not guarantee a real exam result.

3. Account

Registration is free. An account is personal: it may not be transferred, sold or shared. You are responsible for keeping your password safe.

4. Plans and payment

The limits of the free plan and the content, term and price of the paid (Premium) plans are shown on the Pricing page. Premium is a one-time payment: it does not renew automatically, and the account returns to the free plan when the term ends.

Our order process is conducted by our online reseller Paddle.com. Paddle.com is the Merchant of Record for all our orders. Paddle provides all customer service inquiries and handles returns. Paddle’s buyer terms also apply at checkout. Prices are displayed in Azerbaijani manat and charged in US dollars; the final amount, including taxes, is shown in the checkout.

Premium is activated on your account immediately after the payment is confirmed.

5. Refunds

You may request a refund within 14 days of purchase. See the Refund Policy.

6. Fair use

You may not:

  • bulk-download questions and solutions by automated means, resell them or publish them elsewhere;
  • open multiple accounts to bypass limits, or interfere with the operation of the service;
  • exceed the monthly fair-use cap on AI grading.

We may restrict or close an account that breaks these rules.

7. Content and intellectual property

The software, design, explanations and AI-generated questions belong to us. Publicly released DİM exam questions are presented for educational purposes with their source indicated. You may use the content for your own exam preparation only.

8. Limitation of liability

The service is provided “as is”. We work to keep it available, but technical interruptions may occur. To the extent permitted by law, our liability is limited to the amount you paid for the service in the last 12 months. We are not liable for exam results.

9. Changes and contact

We may update these terms and will announce important changes on the site. The term and content of a plan already bought are not made worse by a change. These terms are governed by the laws of the Republic of Azerbaijan. Contact: academy@findin.az.

Contact